Rusiya gəmiləri Kuba sahillərində – ABŞ səfəri izləyirbackend

Rusiya gəmiləri Kuba sahillərində – ABŞ səfəri izləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Kubanın paytaxtı Havanadakı limana səfərini izləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kuba Xarici İşlər Nazirliyi isə Rusiya gəmilərinin gözlənilən səfəri ilə bağlı yaydığı açıqlamada gəmilərin nüvə silahı ilə silahlanmadığını, buna görə də “onların bölgəyə səfərinin heç bir təhlükə yaratmadığını” bildirib.

Qeyd edək ki, daha əvvəl “Reuters” Rusiya Silahlı Qüvvələrinin Karib hövzəsində təlimlər keçirmək niyyətində olduğuna dair məlumat yayıb. Gəmilərin Kubanın və ola bilsin, Venesuelanın limanlarına daxil olacağı gözlənilir.

Agentliyin məlumatına görə, Rusiya Birləşmiş Ştatlara “hələ də qlobal gücə qadir olduğunu” nümayiş etdirmək istəyir və təlimlər Ukraynaya dəstək üçün cavab idi.