Rusiya genişmiqyaslı müharibəyə hazırlaşırbackend

Rusiya genişmiqyaslı müharibəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın günlərdə cəbhədə maksimal eskalasiya ola bilər”.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu “SKY News”a müsahibəsi zamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi müharibənin 1 ilinin tamam olduğu günə – 24 fevrala hazırlıq görür.

“Rusiyada genişmiqyaslı müharibə ilə bağlı hazırlıq gedir. Ukraynanın şimalına, cənubuna və şərqinə eyni vaxtda hücum edilə bilər. Hər şey masadadır. Mən deyə bilərəm ki, biz yaxın 2-3 həftədə heç bir ssenarini istisna etmirik”, – deyə Ukrayna rəsmisi bildirib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.