Rusiya “Greenpeace”i “istənilməyən” təşkilat elan etdibackend

Rusiya “Greenpeace”i “istənilməyən” təşkilat elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Baş Prokurorluğu “Greenpeace” ekoloji təşkilatını Rusiya Federasiyası ərazisində fəaliyyəti “arzuolunmaz” olan təşkilat kimi tanıyıb.

NOCOMMENT.az xəbər verir ki, “Greenpeace” beynəlxalq qeyri-kommersiya təşkilatının fəaliyyəti Rusiyanın konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə təhlükə yaratdığı bildirilib.

Baş Prokurorluq “Greenpeace”in əslində siyasi mövqeyi fəal şəkildə dəstəklədiyini, dövlətin daxili işlərinə qarışmağa cəhd etdiyini və onun iqtisadi əsaslarını sarsıtmaq məqsədi daşıdığnı açıqlayıb.

“Xüsusi hərbi əməliyyat başlayandan “Greenpeace” fəalları anti-Rusiya təbliğatı aparır, ölkəmizi daha çox iqtisadi təcrid etməyə və sanksiyaların sərtləşdirilməsinə çağırırlar” deyə bəyanatda qeyd edilib.

NOCOMMENT.AZ