Rusiya Gürcüstanın keçmiş prezidenti Zurabişviliyə qarşı tədbir görməyə çağırırbackend

Rusiya Gürcüstanın keçmiş prezidenti Zurabişviliyə qarşı tədbir görməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ölkəsini Qərb xüsusi xidmət orqanlarının maraqlarının reallaşdırılması üçün platforma hesab edir və Gürcüstan hakimiyyəti onun ölkəyə girişini qadağan etməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov özünün Telegram kanalında məlumat verib.

“Gürcüstan hakimiyyəti xalqın hörmətini qazanmaq üçün keçmiş liderlə məsələni həll etməlidir. Ya onun ölkəyə girişinə mane olmalı, ya da hazırda həbsdə olan Mixail Saakaşvilinin yanına qoymalıdırlar. Əks halda, Zurabişvili Avropa hakimiyyət orqanlarına müraciət etməkdə və Gürcüstanın Rusiya tərəfindən işğalından (iddia edilən – red.) şikayət etməkdə davam edəcək”, – deyə o vurğulayıb.