Rusiya Hava Hücumundan Müdafiə Sistemləri bir həftə ərzində 12 ATACMS raketini vurubbackend

Rusiya Hava Hücumundan Müdafiə Sistemləri bir həftə ərzində 12 ATACMS raketini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir həftə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri 12 ATACMS raketini, 8 “Storm Shadow” raketini, 7 “Hammer” hava bombasını və 747 pilotsuz təyyarəni vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Həftə ərzində hava hücumundan müdafiə sistemləri ümumilikdə 12 ABŞ istehsalı ATACMS operativ-taktiki raketini, 8 Böyük Britaniya istehsalı “Storm Shadow” havadan buraxılan qanadlı raketini, 7 Fransa istehsalı “Hammer” idarəolunan hava bombasını, 48 ABŞ istehsalı olan HIMARS çoxsaylı buraxılış raketləri və 747 pilotsuz uçuş aparatını məhv edib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, xüsusi əməliyyat başlayandan indiyədək ümumilikdə 652 təyyarə, 283 helikopter, 40 643 pilotsuz uçuş aparatı, 590 zenit-raket kompleksi, 20 650 tank və digər zirehli döyüş texnikası, 1510 reaktiv yaylım atəşi sistemi, 20 742 ədəd artilleriya silah və minaatan, 30 433 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.