Rusiya hava limanlarını belə qoruyacaqbackend

Rusiya hava limanlarını belə qoruyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın 60-dan çox hava limanı pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün radioelektron müharibə sistemləri qurmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bunu Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov Şeremetyevoya işgüzar səfəri zamanı deyib.

Yadrov qeyd edib ki, hökumət başçısı Mixail Mişustinin təsdiq etdiyi layihəyə əsasən, 2030-cu ilə qədər federal büdcə hesabına 31 aerodromda pilotsuz təyyarələrin aşkarlanması və qarşısının alınması sistemlərinin quraşdırılması planlaşdırılır.

İdarə rəisi qeyd edib ki, daha 30 aerodrom büdcədənkənar vəsait hesabına bu layihəni həyata keçirməyi planlaşdırır.