Volqoqradın 9 saylı (İK-9) koloniyasında baş verən partlayış nəticəsində 4 məhkum yaralanıb.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, partlayış nəticəsində dörd məhbus müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, məhkumlar iş zamanı xəsarət alıblar.
İyulun 29-da kommunal bloklardan birində iş zamanı qaz balonu partlayıb və sonra alışıb.