Rusiya hərbçiləri Gürcüstan vətəndaşını qətlə yetiribbackend

Rusiya hərbçiləri Gürcüstan vətəndaşını qətlə yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gürcüstan vətəndaşının Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Gürcüstan DTX insidentin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verdiyini bildirib.

Qeyd olunub ki, noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq onu qətlə yetirib. Məlumata görə daha bir Gürcüstan vətəndaşı saxlanılıb.