Rusiya hərbçiləri iki saat ərzində Rusiya ərazisi üzərində 50-dən çox pilotsuz təyyarə vurubbackend

Rusiya hərbçiləri iki saat ərzində Rusiya ərazisi üzərində 50-dən çox pilotsuz təyyarə vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın dörd regionu üzərində 53 Ukrayna pilotsuz təyyarəsini vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Dronlar Moskva vaxtı ilə saat 17:44-19:45 arasında məhv edilib. Hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində 43, Krım üzərində beş, Oryol vilayəti üzərində dörd, Kaluqa vilayəti üzərində bir pilotsuz uçan aparatı məhv edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə Rusiya regionları üzərində Ukraynaya məxsus 22 pilotsuz uçan aparat vurulub. İHA-lar Oryol (səkkiz pilotsuz uçuş aparatı), Kursk (yeddi), Bryansk (dörd), Smolensk vilayətləri (bir), həmçinin Krasnodar diyarı üzərindəki səmalarda (iki) məhv edilib.