Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus iki Su-24 təyyarəsini və beş HIMARS mərmisini vurub.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarələr Nikolayev vilayətinin Jovten və Dnepropetrovsk vilayətinin Nikolaevka kəndi üzərində səmada vurulub.
Həmçinin, gün ərzində Luqansk Xalq Respublikasının Tokarevka, Kremennaya, Svatovo, Lisiçansk ərazilərində, həmçinin Donetsk Xalq Respublikasının Qorlovka, Aleksandrovka və Staromikhailovka ərazilərində Ukraynaya məxsus 24 pilotsuz uçan aparat vurulub.