Rusiya Hindistana neft tədarükündə liderliyi qoruyub saxlayırbackend

Rusiya Hindistana neft tədarükündə liderliyi qoruyub saxlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari maliyyə ilinin birinci yarısının (aprel-sentyabr) nəticələrinə görə, Rusiya ümumi tədarükün 39%-lik payı ilə Hindistana əsas neft tədarükçüsü olaraq qalır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Economic Times” “Vortexa” analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Analitiklərin fikrincə, Rusiya Federasiyası neftə cəlbedici endirimlər sayəsində statusunu qoruyub saxlaya bilib.

İlk üç əsas təchizatçıya İraq və Səudiyyə Ərəbistanı da daxildir. Hindistan neft idxalında onların payı müvafiq olaraq 18% və 13% təşkil edib. Sonrakı yerləri BƏƏ (8%) və ABŞ (5,5%) tutur.