Rusiya höküməti istefa verəcəkbackend

Rusiya höküməti istefa verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya yeni seçilmiş prezidentin andiçmə mərasimi günü Federasiyanın Hökuməti istefa verəcək və ölkədə yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi başlayacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “TASS“ məlumat yayıb.

Bildirilib ki, hökumət ilk dəfə olaraq 2020-ci il iyulun 1-də ümumrusiya səsverməsi zamanı təsdiq edilmiş Rusiya Federasiyasının

Konstitusiyasına düzəlişlə müəyyən edilmiş yeni qaydalara əsasən tam formalaşdırılacaq.

Vladimir Putin martın 15-17-də keçirilən seçkilər zamanı rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də keçirilməlidir