Rusiya iki Afrika ölkəsi ilə vizasız rejim tətbiq etməyi planlaşdırırbackend

Rusiya iki Afrika ölkəsi ilə vizasız rejim tətbiq etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Afrikanın iki dövləti, Keniya və Çad ilə vizasız rejim tətbiq etmək imkanını nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Bu istiqamətlərin rusiyalı turistlər arasında getdikcə populyarlaşdığı vurğulanır. Məsələn, Keniyaya səyahət 40 faiz artıb.

“Vizaların ləğvi səyahəti asanlaşdırır və daha əlçatan edir, bu da Keniya iqtisadiyyatına, xüsusən qonaqpərvərlik və digər əlaqəli sənayelərə müsbət təsir göstərə bilər. Keniya həmişə müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan turistləri cəlb edib”, – deyə Rusiya-Afrika klubunun Afrika diasporları ilə iş üzrə komissiyasının rəhbəri Lui Quend bildirib.

Bununla belə, Rusiyada təhlükəsizliklə bağlı narahatlıqlar var, xüsusən də Keniyada baş verən etirazlar fonunda.