Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod, Kursk və Bryansk vilayətləri üzərində Ukraynanın 16 pilotsuz təyyarəsini vurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 12:30-dan 14:30-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 16 pilotsuz uçuş aparatını məhv edib”, – məlumatda deyilir.
Bunlardan 14 təyyarə Kursk vilayəti üzərində, daha biri isə Bryansk və Belqorod vilayətləri üzərində məhv edilib.