Rusiya ilə İran arasında qaz tədarükü üzrə müqavilə hazırlanır.
NOCOMMENT.az bildirir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
O bildirib ki, İranda bu məsələyə qarşı heç bir əngəl yoxdur və rusiya hakimiyyəti ilə danışıqlar artıq aparılıb.
Müqavilə imzalandıqdan sonra layihənin icrasına başlanması planlaşdırılır, bu layihə isə boru kəmərlərinin tikintisi və texniki məsələlərin həllini əhatə edəcək və təxminən iki–üç il çəkə bilər.
Əvvəlcə Rusiyanın energetika naziri Sergey Tsivilev qeyd etmişdi ki, ilkin mərhələdə mövcud infrastruktura əsasən tədarük həcmi ildə 1,8 milyard kubmetrədək ola bilər və bu proses 2025-ci ildən başlaya bilər. Layihənin ümumi tədarük potensialı isə ildə 55 milyard kubmetr qiymətləndirilir.
Aliyə
NOCOMMENT.az













