Rusiya ilə sərhəddəki problemlər aradan qaldırılıbbackend

Rusiya ilə sərhəddəki problemlər aradan qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Rusiya arasında avtomobil nəqliyyatı ilə daşımalar zamanı sərhəd-buraxılış məntəqələrində əvvəllər mövcud olan problemlər aradan qaldırılıb”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib.

“Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində Yalama-Qazmalar avtomobil körpüsü inşa edilib, Şirvanlı, Yenixanubar, Tahir Kənd keçid məntəqələri bu ildən fəaliyyətə başlayıb. Sərhəd-keçid məntəqələrinin buraxılış imtahanlarının artırılması, yenilərinin tikintisi, keçid prosedurlarının sadələşdirilməsi ölkəmiz üzərindən yükdaşımaların həcminin artırılmasına zəmin yaradır”, – deyə o bildirib.