Rusiya ilə ŞƏT ölkələri arasında ticarət dövriyyəsi yeni rekorda imza atıbbackend

Rusiya ilə ŞƏT ölkələri arasında ticarət dövriyyəsi yeni rekorda imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri ilə ticarət dövriyyəsi 25 % artaraq 2023-cü ilin sonuna 333 milyard dollara çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

“İqtisadi baxımdan ölkəmiz assosiasiyanın fəal iştirakçılarından biridir”, – deyə nazirliyin rəhbəri Anton Əlixanov vurğulayıb.

Ötən il Rusiya Federasiyasının birliyə daxil olan ölkələrinə birbaşa investisiyaları təxminən 10,2 milyard dollar təşkil edib.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb. Təşkilata Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Çin, Hindistan, İran və Pakistan daxildir.