Rusiya İran PUA-larından istifadə etməyə başladı – FOTOLARbackend

Rusiya İran PUA-larından istifadə etməyə başladı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya “Geran-2” adlı pilotsuz uçan aparatı (PUA) ilə Kupyansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, hücum edən PUA-nın fotoları müxtəlif teleqram kanallarında yayılıb.

PUA-nın qalıqları İranın “Şahed -136” adlı kamikadze PUA-larına oxşayır. Ekspertlər PUA-nın birbaşa İrandan gəldiyini və ya Rusiyada yığıldığını bildirir.

“Şahed-136” 2000 km məsafə qət edə bilən İran istehsalı kamikadze tipli PUA-dır. Model 2020-ci ildə istifadə verilib. Sistemlər xüsusilə Yəməndəki husilər tərəfindən istifadə olunur.

Avqustun 30-da “The Washington Post” qəzeti yazıb ki, Rusiya İran istehsalı PUA-ların ilk partiyasını alıb.

Modern.az