İsrail ordusunun İran ərazisindəki dinc nüvə obyektlərinə endirdiyi zərbələr əvvəllər görünməmiş nüvə fəlakətinə səbəb ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya çıxışı zamanı bildirib.
“İranın dinc nüvə obyektələri hələ də hücum hədəfi olaraq qalır ki, bu da əvvəllər görünməmiş yeni bir nüvə fəlakətinə gətirib çıxara bilər”, – deyə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Bir həftə əvvəl Nebenzya bəyan etmişdi ki, İsrailin İrana hücumu BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. O, əlavə etmişdi ki, İsrailin hərbi addımları regionu “böyük müharibə astanasına” gətirir və “genişmiqyaslı nüvə fəlakətinə” doğru itələyir.