Rusiya istehsalı olan proqram “YouTube”-u ötdübackend

Rusiya istehsalı olan proqram “YouTube”-u ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Telegram” messenceri rusiyalı istifadəçilər arasında YouTube-u ötüb.

NOCOMMENT.az xəbər verir ki, Mediascope-un təqdim etdiyi statistik məlumatlara əsasən “Telegram”da gündəlik izləyicilərin  50,9 milyon nəfər təşkil edib.

Google-a məxsus video platforma olan “YouTube”un gündəlik izləyici sayı isə 50,7 milyon olaraq qalıb.

Qeyd edək ki, “WhatsApp”-ın Rusiya istehsalı olan rəqibi “Telegram” 2013-cü ildə Sankt-Peterburqda istifadəyə verilib.

Tətbiq Sankt-Peterburqdan olan iki qardaş Pavel və Nikolay Durov tərəfindən yaradılıb.

TASS xəbər verir ki, qadağaya baxmayaraq, ötən ay Rusiyada “Facebook” və “Instagram”-ın gündəlik izləyicilərinin sayı 1,8 milyon və 7,1 milyona çatıb.

NOCOMMENT.AZ