Rusiya Kəlbəcərdəki faciəyə münasibət bildirdibackend

Rusiya Kəlbəcərdəki faciəyə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Kəlbəcər rayonunda baş vermiş faciəyə ən birinci münasibət bildirənlərdəndir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

“Rusiyanın Bakıdakı səfirliyi mina partlaması nəticəsində həlak olmuş jurnalistlərin doğmalarına, yaxınlarına başsağlığı verib. Biz Bakı ilə, Yerevanla mütəmadi təmasdayıq. Tərəfləri minalardan təmizləmə məsələsini yoluna qoymağa, o cümlədən minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Bu işlərin sürətləndiriləcəyinə ümidvarıq. Bütün humanitar məsələlərin Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli birgə bəyanatlarına tam uyğun şəkildə həll olunmasına tərəfdarıq”, – deyə Rusiya rəsmisi qeyd edib.