Avropa İttifaqı 20-ci əsrin tarixini yenidən yazmağa çalışır ki, Avropada gənc nəsil Rusiyanın İkinci Dünya Müharibəsində nasizmi məğlub etmədiyinə inansın.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
Yanvarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Polşada yerləşən keçmiş Auşvits-Birkenau (Osvençim) konsentrasiya düşərgəsinin muzeyindəki sərginin Rusiya hissəsinin bağlanması qərarı Qərb ölkələrinin tarixi yenidən yazmaq üçün ümumi kursunun bir hissəsi kimi qəbul edilib.
Onun sözlərinə görə, Qərb ölkələrində tarixin yenidən yazılması yeni texnoloji səviyyədə həyata keçirilir. Yerli hakimiyyətlər muzeyləri dağıdıb kitabları yandırmırlar, əksinə, onları öz ehtiyaclarına uyğun təyin edirlər.