Rusiya: Kiyev rejiminin pilotsuz təyyarə ilə hücum cəhdinin qarşısı alınıbbackend

Rusiya: Kiyev rejiminin pilotsuz təyyarə ilə hücum cəhdinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) ilə Moskva vilayətinə hücum cəhdinin qarşısı alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Ukraynaya məxsus PUA-nın Moskva vilayətinin hava məkanında hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkar edildiyi bildirilib.

Həmçinin qeyd olunub ki, elektron döyüş alətləri ilə sıxışdırılan PUA-nın Moskva vilayətində Pokrovskoye qəsəbəsi yaxınlığında idarəetmədən çıxaraq yerə düşüb.

Hadisə zamanı itki olmadığı qeyd edilib.