Rusiya: Kiyevdə ABŞ istehsalı olan Patriot sistemini vurduqbackend

Rusiya: Kiyevdə ABŞ istehsalı olan Patriot sistemini vurduq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın paytaxtı Kiyevdə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemini hipersəs “Kinjal” raketi ilə vurduqlarını bildirib.

NOCOMMENT xəbər verir ki, Konaşenkov paytaxt Moskvada Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Ukrayna ordusunun hərbi mərkəzlərinə, Qərb ölkələrinin Ukraynaya göndərdiyi sursat, silah və hərbi maşın anbarlarına uzun mənzilli yüksək dəqiqlikli silahlarla hava və dəniz hücumu həyata keçirdikləri barədə məlumatı paylaşan Konaşenkov hücumların çatdığını bildirib.

Konaşenkov bildirib ki, ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi Kiyevdə hipersonik “Kinjal” (Xəncər) raketi ilə vurulub.

Ukrayna Müdafiə Nazirliyi daha əvvəl Patriot sistemlərinin ABŞ, Hollandiya və Almaniyadan gətirildiyini bildirmişdi.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk mayın 6-da Rusiyanın hipersəsli “Kinjal” raketini “Patriot” sistemi ilə Kiyev vilayətində vurduqlarını bildirib.