Rusiya: Kiyevə silah göndərilməsi bizi hədəflərimizdən çəkindirməyəcəkbackend

Rusiya: Kiyevə silah göndərilməsi bizi hədəflərimizdən çəkindirməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynaya silah göndərilməsinin Rusiyanı “xüsusi hərbi əməliyyat” məqsədlərindən çəkindirməyəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verərkən bu sözləri səsləndirib.

Ukraynaya F-16 döyüş təyyarələrinin tədarükü ehtimalını dəyərləndirən Zaxarova, Qərb ölkələrinin Ukraynadakı müharibənin bitməsini istəmədiklərini qeyd edib.

“Bu, münaqişələrin gərginləşməsinin və Avropa qitəsində vəziyyətin sabitliyinin pozulmasının növbəti mərhələsidir. Kiyev rejiminə hər hansı silah göndərilməsi bizim başladığımız xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan məqsədləri pozmayacaq” deyə Zaxarova bildirib.

NOCOMMENT.AZ