Rusiya kosmonavtlarının Aya pilotlu uçuşu daşıyıcı aparat yaratmaq üçün vəsait çatışmazlığı səbəbindən təxirə salınır.
NOCOMMENT.az xəbər verir ki, bunu “Roskosmos”un baş direktorunun müşaviri Oleq Qorşkov bildirib.
“Aya insanlı uçuşların başlama vaxtı superağır sinif daşıyıcısının yaradılmasına büdcə məhdudiyyətləri səbəbindən sağa doğru dəyişir”, – TASS ondan sitat gətirir.
Həmçinin Roskosmosun rəhbəri Yuri Borisov yaxın 50 ildə kosmonavtların Marsa uça biləcəyini etiraf edib.