Rusiya Kurskda əsgər sayını artırır: “Yaxın günlərdə…”backend

Rusiya Kurskda əsgər sayını artırır: “Yaxın günlərdə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Kurska daxil olan Ukrayna ordusunun qarşısını kəsmək üçün regionda əsgər sayını artırır. Artıq Rusiyanın Kursk istiqamətində cəmləşdirdiyi əsgərlərin sayı 25 min nəfərə çatıb.

NOCOMMENT.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda açıqlamanı ukraynalı hərbi ekspert Sergey Zqurets verib.

Ekspert müxtəlif mənbələrdən alınan məlumatlara istinadən bildirib ki, Qluşkovski rayonu istiqamətində 5 minə qədər şəxsi heyət cəmləşib, Lqov və Rılsk istiqamətində olan mərkəzi zonaya isə təxminən 8 min qüvvə cəlb olunub.

Zqurets daha çox əsgəri qüvvənin Sudjanın şərqində olduğunu deyib. Onun məlumatına görə, burada 11 minə qədər əsgər yerləşdirilib.

Ekspert iddia edir ki, cəlb olunan əsgərlərin çox hissəsi Rusiyanın müxtəlif bölmələrinin şəxsi heyəti, o cümlədən ehtiyat qüvvələr və şərq hissədə xidmət aparan əsgərlərdir.

Zqurets Rusiyanın Kurska daha çox əsgər və texnika cəlb etdiyini nəzərə alaraq yaxın günlərdə vilayət ərazisində böyük toqquşmaların olacağını proqnozlaşdırır: “Vəziyyət dinamikdir və yaxın gələcəkdə bir çox mühüm hadisə baş verəcək. Nəzərə alaq ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, başqa ölkənin hərbi hissələri Rusiya Federasiyasının ərazisinə daxil olur”.