Rusiya kütləvi şəkildə ukraynalı uşaqları oğurlayır – ŞOK İDDİAbackend

Rusiya kütləvi şəkildə ukraynalı uşaqları oğurlayır – ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlər Rusiyanın törətdiyi cinayətlərdən biri də ukraynalı uşaqların oğurlanması və Rusiyaya aparılmasıdır.

NOCOMMENT.az Moderator.az -a istinadən xəbər verir ki, bu barədə “УНИАН” portalının jurnalisti və redaktoru Tatyana Urbanskaya yazıb.

Onun dəyərləndirməsinə görə, bu, soyqırım çərçivəsində “onların nə zamansa ukraynalı olduqlarını hafizələrdən silməkdir”.

“Ukraynada “xüsusi hərbi əməliyyat”ın məqsədlərindən biri ölkəmizin “denasifikasiyası”dır. Və bu məqsədə nail olmaq üçün rusiyalı hərbçilərinin törətdiyi hərəkətlər sübut edir ki, söhbət ukraynalıların bir millət kimi məhv edilməsindən gedir, – jurnalist yazıb. – Bu zaman dinc ukraynalıların kütləvi qətlləri, Ukrayna qadınlarının rusiyalı hərbçilər tərəfindən qəddarcasına zorlanması, onların “daha heç vaxt seksə meyl etməməsi və uşaq doğmaması” fikirləri, qəsdən Mariupolda, Borodyankada, Volnovaxada və Ukraynanın başqa yaşayış məntəqələrində humanitar fəlakətin yaradılması və ukraynalıların qismən və ya tamamilə məhv edilməsi, zorla deportasiyası, o cümlədən uşaqların deportasiyasını BMT məhz soyqırım kimi müəyyən edib.

Bir ay öncə Rusiyanın Dövlət Dumasında rusiyalılara Ukrayna vətəndaşlığı olan yetim uşaqların ovladlığa götürülməsinə imkan verən qanuna düzəlişlər edilməsini işləyib hazırlanmasına başlanılıb. Qanun layihəsi aprelin 6- da Dövlət Dumasına təqdim edilib. Paralel olaraq Rusiyanın təhsil nazirliyi DXR, LXR və Ukraynanın yetim uşaqlarının rusiyalı ailələrə verilməsi barədə “beynəlxalq” sazişlər hazırlanır, Rusiya ərazisində valideynlərini itirmiş 2 mindən çox uşaq var.

Urbanskaya qeyd edib ki, Ukrayna mərkəzləşdirilmiş qaydada yetim uşaqları müharibənin ilk günlərində qaynar nöqtələrdən təxliyə edib, yeniləri isə onların valideynlərinin rusiyalı hərbçilər tərəfindən qətlə yetiriləndən sonra yetim qalıb. Onun sözlərinə gorə, körpələr həqiqətən yetim qalıb. Praktiki olaraq zorla Rusiyaya deportasiya olunan, Ukraynanın nəzarətində qalan ərazilərdə onların yaxınları- qardaş- bacıları, nənə- babaları, qəyyumları və başqa qohumları var.

Uşaqların hüquqları, qeyri- ayrıseçkiliyə qarşı, gender bərabərliyinə riayət edilməsi üzrə İdarənin Ukraynanın Ali Radasının insan hüquqları üzrə katibliyinin rəisi Aksana Filipişina övladlığa göürmənin təhlükəsi barədə məlumat verib, çünki ovladlığa götürülən uşaq həmin ailənin bioloji körpəsi hüququna yiyələnir.

“Yəni körpə ukraynalıların bütün məlumatlarını- soyadını, adını, atasının adını, doğum tarixini dəyişə bilərlər”, – o, belə deyib. – Bundan sonra körpəni tapmaq mümkün olmayacaq. Ukraynalılar həmişəlik Rusiyada itə bilər, onları zorla Ukrayna vətəndaşlarından Rusiya vətəndaşlarına çevirəcəklər. Bu, körpənin “hüquqi” və fiziki cəhətdən- həm sənədlərdən, həm də hafizədən silinməsi demək olacaq.

Bu, soyqırımın tərkib hissəsi olan “denasifikasıya” deməkdir.

Ukrayna XİN vurğulayıb ki, Rusiyanın təhsil nazirliyinin qondarma DXR və LXR respublikaları ilə Ukraynadan qanunsuz deportasiya edilən yetim uşaqların rusiyalı ailələrə verilməsi barədə sazişin imzalaması xüsusilə narahatlıq doğurur.

Ukrayna BMT- nin qaçqınlar üzrə Ali Komissarlığın İdarəsinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, YUNİSEF- ə, BMT- nin insan haqları üzrə Ali Komissarlığına, BMT baş katibinin hərbi münaqişələrdə uşaq məsələləri və uşaqlara qarşı zorakılıq üzrə xüsusi nümayəndələrinə müraciət edərək, ukraynalı uşaqların Ukrayna ərazisinə qaytarılması üçün təxirəsalınmaz tədbirlər görməsi üçün müraciət edib.

Rusiyanın rəsmi məlumatlarına görə, müharibə başlanandan Rusiya ərazisində Ukraynadan 700 mindən artıq qaçqın, o cümlədən 131 min uşaq var. Təxminən 20 mini müvəqqəti yerləşdirmə mərkəzlərindədir. Ukraynanın hakimiyyət orqanları hesab edir ki, onlar Rusiyaya məcburi olaraq aparılıb, çünki onlara Ukrayna ərazisinə keçməyə imkan verilməyib.

Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova iddia edib ki, qaçqınların məcburi yerdəyişmə anlayışı yoxdur, çünki onlar özləri “məhz Rusiyaya sığınmaq istəyir”.

Ukraynanın ombudsmanı Lüdmila Denisova isə təkcə Mariupoldan zorla 134 min nəfər böyük, 150 mindən çox uşaq köçürülüb. Bu zaman rusiyalı hərbçilər “qanunsuz həbslər edir, saxlanılanlara işgəncə verir və Ukraynayönümlü mövqeyə görə edam edirlər. Şəhər sakinlərinin bir hissəsi sücgəc düşərgələrinə düşüb”.