Rusiya Latviya səfirindən ölkəni tərk etməsini tələb etdibackend

Rusiya Latviya səfirindən ölkəni tərk etməsini tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 aydır davam edən Rusiya-Ukrayna müharibəsi diplomatik münasibətlərə dərindən təsir etməkdə davam edir.

NOCOMMENT.az xəbər verir ki, NATO üzvü Baltikyanı ölkələrin bir çoxu ilə problemli diplomatik münasibətləri olan Rusiya Latviyanın Moskvadakı səfirindən iki həftə ərzində ölkəni tərk etməsini tələb edib.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Latviyanın Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmağa qərar verdiyi xatırladılıb.

Latviyanın bu qərarı digər Baltikyanı ölkələrlə “həmrəylik” əsasında verdiyi və bu səbəbin Rusiya tərəfindən qəbul edilmədiyi vurğulanan açıqlamada, sözügedən həmrəyliyin ABŞ-ın istiqamətləndirdiyi və Rusiyaya qarşı düşmən addımlar atmaq mənası daşıdığı bildirilib.