Rusiya Ukraynanın Odessa vilayətində səhər saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda liman və kənd təsərrüfatı infrastruktur obyektlərinə ziyan vurub.
NOCOMMENT.az xəbər verir ki, Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından verdiyi açıqlamada Rusiyanın səhər saatlarında Odessanın İzmail rayonuna PUA-larla hücum etdiyini bildirib.
Hücumda bir kənd təsərrüfatı müəssisəsi işçisinin həyatını itirdiyini qeyd edən Kiper, “Bir neçə yaşayış məntəqəsində dağıntı və yanğın başlayıb. Siloslar, inzibati binalar və kənd təsərrüfatı müəssisələri kimi liman və kənd təsərrüfatı infrastrukturu obyektlərinə ziyan dəyib”.