Rusiya Mariupolda vəbaya görə karantin tətbiq edirbackend

Rusiya Mariupolda vəbaya görə karantin tətbiq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğalçılar Mariupolu karantin üçün bağlamağa başlayırlar”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.

Onun sözlərinə görə, şəhərdəki vəziyyəti yaxından izləyirlər.

“Bundan əlavə, Rusiya tərəfinin infeksiyaya yoluxmuş öz hərbçilərini qəbul etmələri üçün Rostov-Donda artıq ayrı-ayrı yoluxucu xəstəliklər şöbələri hazırladığı barədə məlumatlar var. Həmçinin şəhərin daxilində, işğalçı hakimiyyət və onların kuratorları arasında “vəba” sözü səslənir”.

P.Andryuşenko onu da əlavə edib ki, humanitar vəziyyət getdikcə pisləşir: işğal altındakı Mariupolun sakinləri iki gündən bir içməli su alırlar, həmçinin ərzaq problemi var. Rusiya ordusu iyulun 1-dən yalnız təqaüdçülərə və əlillərə pulsuz yemək veriləcəyini elan edib.

Mayın 20-də Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib ki, işğalçılar şəhərdə su təchizatını bərpa etməyə çalışıblar, lakin səriştəsizliyə görə bu, daşqınlara səbəb olur. Şəhərdə su təchizatının olmaması səbəbindən yoluxucu xəstəliklər geniş yayıla bilər.

Boyçenkonun sözlərinə görə, Mariupolda 100 mindən çox sakin qalıb.