Rusiya məhkəməsi Azərbaycanın tələbi ilə respublikada terrorçuluq məqsədilə təlimlər keçirməkdə, cinayətkar birlik yaratmaqda, silahlı birləşmələr və ya qruplar yaratmaqda təqsirləndirilən şəxsi həbs edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə sənədlərinə istinadən yazıb.
Azərbaycanda bir nəfər qiyabi həbs olunaraq axtarışa verilib. Qeyd olunur ki, Azərbaycan tərəfdən lazımi təsdiqlər vaxtında alınıb və daha sonra Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin saxlanılması ilə bağlı xarici həmkarlarına məlumat veriblər.
Moskva məhkəməsi təqsirləndirilən şəxsi həbs edib. Materiallarda onun hansı ölkənin vətəndaşı olduğu göstərilməyib.\\“Unikal”