Rusiya məqsədinə nail ola bilmir – Zelenskibackend

Rusiya məqsədinə nail ola bilmir – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna qüvvələri Xarkov və Donetsk vilayətində mövqelərini gücləndirib”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib:

“Hər gün olduğu kimi, bu gün də bizim əsas diqqətimiz döyüş əməliyyatlarının bütün sahələrinə – bütün müdafiə xəttinə yönəlib. Ruslar qüvvələrimizi zəiflətmək və bununla da Xarkovdan Donetsk vilayətlərinə qədər geniş cəbhədə Ukraynanı zəiflətmək məqsədinə nail ola bilmir. Bütün nəticələr Ukrayna qüvvələrinin Xarkov vilayətində “daha güclü mövqeyə” sahib olmasını göstərir”.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna qüvvələri xüsusən də Çasov Yar şəhəri və digər ərazilərdə rus qoşunlarına qarşı effektiv mübarizə aparır.