Rusiya mesajı: qanunsuz erməni silahlılar çıxarılacaqmı?backend

Rusiya mesajı: qanunsuz erməni silahlılar çıxarılacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha əvvəllər Rusiya sülhməramlı kontingentinə rəhbər təyin edilən generalların ilk olaraq Ermənistana gəlməsi Azərbaycanda haqlı narazılıqlara səbəb olurdu. Əslində sülhməramlı funksiyasını üzərinə götürən tərəf belə həssas məsələlərdə ədalətli davranmağa məcburdur.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı Andrey Volkovun ilk olaraq Bakıya gəlməsini şərh edərkən deyib.

Ekspertə görə, sülhməramlılara yeni təyin olunan komandanın ilk səfərini Bakıya etməsi Rusiyanın tərəflərə münasibəti balanslaşdırmaq niyyətindən xəbər verir: “Yeni təyin olunan komandanın Rüstəm Muradovla birlikdə ilk olaraq Bakıya gəlməsi Rusiya MN-in ən azından bu dəfə ədalətli mövqe tutaraq, əvvəlki fəaliyyətlərini balanslaşdırmağa çalışdıqlarını göstərir. Adi məntiqdir, rus sülhməramlıları hansı ölkənin ərazisində yerləşirsə, komandan da o ölkəyə gəlməlidir. Daha sonra Ermənistana tanışlıq səfəri edə bilər”.

Ədalət Verdiyevin fikrincə, bununla bərabər, bu səfər Volkovun vəzifələrini bitərəfliyini qorumaqla icra edəcəyi haqda indidən qəti inamla fikir bildirməyə əsas vermir: “Bizə yaxşı məlumdur ki, birgə bəyanatın 4-cü bəndinə əsasən 14 ay bundan əvvəl Qarabağdan çıxarılmalı olan erməni qanunsuz silahlı birləşmələri hələ də həmin ərazilərdə qalmaqdadır. Həmin silahlılar və onlara məxsus texnikalar rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən çıxarıldıqdan sonra biz sülhməramlıların vəzifələrinə məsuliyyətlə yanaşdığına və öz vəzifələrini ədalətlə icra etdiklərinə dair fikir yürüdə bilərik”.