Rusiya MN-dən Dağlıq Qarabağ AÇIQLAMASI – FOTObackend

Rusiya MN-dən Dağlıq Qarabağ AÇIQLAMASI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağa gətirilən ermənilərin sayı artıq 47.834-ə çatdı.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə bu gün 4 avtobusla 181 erməni Dağlıq Qarabağa qaytarılıb.

Məluamata görə bu günə kimi qaynar xəttə 574 zəng daxil olub. Rus həkimləri 144-ü uşaq olmaqla, 1150 nəfərə tibbi yardım göstəriblər.

Dağlıq Qarabağda 439,9 hektar ərazi, 164,8 km yol, 617 yaşayış binası, o cümlədən 22 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 21,755 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Məlumatda Dağlıq Qarabağda bütün təmas xətti boyunca atəşkəsə riayət olunduğu da qeyd edilib.