Rusiya MN-dən Laçınla bağlı AÇIQLAMAbackend

Rusiya MN-dən Laçınla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında Laçın rayonunun bu gün Azərbaycanın nəzarətinə verildiyini söyləyib.

“Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verilib. Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”, – deyə Rusiya MN rəsmisi vurğulayıb.

İ.Konaşenkov Laçın dəhlizinin 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu da söyləyib: “Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanları yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur”.