Rusiya MN: “Krım körpüsünə atılan 12 raket məhv edilib”backend

Rusiya MN: “Krım körpüsünə atılan 12 raket məhv edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Krım körpüsü istiqamətində 12 ədəd ATACMS taktiki raket sistemlərindən istifadə olunmaqla endirilən zərbələri dəf edib.

NOCOMMENT.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin Müdafiə Nazirliyindən bildirilib:

“Gecə ərzində hava hücumundan müdafiə vasitələrindən istifadə olunmaqla, Krım körpüsünə qrup şəklində atılan 12 ədəd ATACMS raketinin hədəfə dəyməsinin qarşısı alınıb. Bütün raketlər məhv edilib”.