Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Krım körpüsü istiqamətində 12 ədəd ATACMS taktiki raket sistemlərindən istifadə olunmaqla endirilən zərbələri dəf edib.
NOCOMMENT.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin Müdafiə Nazirliyindən bildirilib:
“Gecə ərzində hava hücumundan müdafiə vasitələrindən istifadə olunmaqla, Krım körpüsünə qrup şəklində atılan 12 ədəd ATACMS raketinin hədəfə dəyməsinin qarşısı alınıb. Bütün raketlər məhv edilib”.