Rusiya MN Qarabağda avtomobil karvanının atəşə tutulmasını təsdiqlədibackend

Rusiya MN Qarabağda avtomobil karvanının atəşə tutulmasını təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi oktyabrın 13-də Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanının atəşə tutulması faktını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, karvanı bölgədə yerləşən rus sülhməramlıları müşayiət edib.

Rusiya MN hadisə nəticəsində xəsarət alan olmadığını, Rusiya sülhməramlı kontingentinin komandanlığının hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəsin pozulması ilə bağlı araşdırma apardığını bildirib.

Xatırladaq ki, Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Ölən və yaralanan olmayıb.

Publika.az