Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Amerikanın HARM anti-radar raketləri ilə Rusiya ərazisindəki hədəflərə hücum etmək cəhdini dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya Federasiyasının növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində üç belə raketi məhv edib. Hücum cəhdinin qarşısı dekabrın 29-da saat 15:00 radələrində alınıb.
Dekabrın 29-da Rusiya Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin 251 pilotsuz uçan aparatını ələ keçirdiyini bildirib.