Hava hücumundan müdafiə üzrə növbətçi qüvvələr daha üç ədəd təyyarə tipli Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, uçuş aparatları Moskva vaxtı ilə saat 12:20-dən 12:40-dək olan müddətdə məhv edilib. Onlardan ikisi Krım Respublikasının, biri isə Belqorod vilayətinin üzərində vurulub.