Rusiya MN yeni xəritə yaydı – BU DƏFƏ…backend

Rusiya MN yeni xəritə yaydı – BU DƏFƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, sentyabrın 26-dan etibarən son 5 gün ərzində 10 noyabr üçtərəfli razılaşmasına əsasən, Azərbaycan Respublikası ərazisinin hazırda ermənilər yaşayan əraziləri, o cümlədən Laçın rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti heç bir əsas olmadan Tərtər rayonunun Qapanlı kəndini də məsuliyyət zonasına daxil edib. Bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı sülhməramlı birləşmələrin məsulliyyət zonası, dislokasiyası və patrul marşrutlarını əks etdirən 26 avqust 2021-ci il tarixinə aid xəritədən bəlli olub. Həmin xəritədə Tərtər rayonunun Qapanlı kəndi Rusiya hərbi birləşmələrinin patrul marşrutuna da daxil edilib.

NOCOMMENT moderator.az-a istinadən xəbər verir ki, dünən – oktyabrın 1-də axşam saatlarından Rusiya MN-in rəsmi saytındakı Qarabağdakı sülhməramlı birləşmələrə aid bölmədə yerləşdirilən xəritədən Tərtər rayonunun Qapanlı kəndinin adı çıxarılıb. Bundan əlavə, əvvəlki günlərin xəritələrində qeyd olunmuş bir sıra strateji yüksəkliklər, o cümlədən Laçın rayonu ərazisindəki Bəzirgan, Şuşa rayonu ərazisindəki “2072”, Uzunyal, Keçəldağ, Kəlbəcər rayonu ərazisindəki Buzdux və Sarıdağ Ağdam rayonu ərazisindəki Qalınqaya, Xocavənd rayonu ərazisindəki “636” adlı yüksəkliklər də xaric edilib.

Ola bilsin, burada son günlər Azərbaycan ictimaiyyətinin media və sosial şəbəkələrdəki etirazları da böyük rol oynayıb. Lakin bu halın müvəqqəti xarakter daşıyıb-daşımadığını söyləmək mümkün deyil. Çünki xüsusən son iki ay müddətində Rusiya sülhməramlı(?) hərbi kontingenti dəfələrlə məsulliyyət zonalarına aid xəritələrə daxil etdikləri(əsasən Laçın dəhlizi ətrafı və Şuşa rayonu ərazisində) kənd və strateji yüksəkliklərimizin adlarını çıxardıqdan bir neçə gün sonra təkrar olaraq qeyd edib…