Rusiya Moldovanın parlament seçkilərini diqqətlə izləyirbackend

Rusiya Moldovanın parlament seçkilərini diqqətlə izləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ümid edir ki, Moldovada keçiriləcək parlament seçkilərinin nəticələri ölkə sakinlərinin həqiqi iradəsini obyektiv şəkildə əks etdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nazirliyin saytında yayımlanan şərhində bildirib.

“Biz Moldovadakı seçki kampaniyasını diqqətlə izləyirik. Ümid edirik ki, yaxınlaşan səsvermənin nəticələri ölkə sakinlərinin həqiqi iradəsini obyektiv şəkildə əks etdirəcək. Ölkələrimiz və xalqlarımız arasında konstruktiv münasibətlərin bərpası və inkişafı tərəfdarıyıq”, – deyə açıqlamada qeyd olunub.

Zaxarova əlavə edib ki, Moldovanın sakinləri rəsmi şəxslərin rusofob açıqlamalarını anlamır və dəstəkləmir. Diplomata görə, anti-Rusiya ritorikası seçkilərin əsas xüsusiyyətinə çevrilib.

Qeyd edək ki, Moldovada parlament seçkiləri 28 sentyabrda keçiriləcək. Seçki kampaniyası fonunda ölkədə anti-Rusiya ritorikası güclənib.