Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilibbackend

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks”a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, iyunun 23-dək istintaq təcridxanasında qalacaq.

Bu işdə adı keçən digər şəxs – nazir müavininin tanışı Sergey Borodin də eyni müddətə həbs edilib.

Məhkəmənin rəyinə görə, hər iki şəxs xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub.

T.İvanovun saxlanması xəbəri aprelin 23-ü axşam saatlarında yayılıb. O, Müdafiə Nazirliyində idarə obyektlərinin inşasına və əsaslı təmirinə nəzarət edib, Silahlı Qüvvələrin əmlakının idarə edilməsi, qoşunların yerləşdirilməsi, mənzil və tibbi təminatın təşkilinə cavabdeh olub.