Rusiya Müdafiə Nazirliyi gün ərzində 10 Vampir mərmisinin tutulduğunu bildirdibackend

Rusiya Müdafiə Nazirliyi gün ərzində 10 “Vampir” mərmisinin tutulduğunu bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hava hücumundan müdafiə sistemləri gün ərzində 10 ədəd “Vampir” reaktiv yaylım atəş sisteminin (MLRS) mərmisini tutduğunu bildirib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində hava hücumundan müdafiə sistemləri Çexiya istehsalı olan 10 “Vampire MLRS” raketini ələ keçirib”, – hərbi idarənin mətbuat xidmətində deyilir.

Müdafiə Nazirliyi onu da əlavə edib ki, LXR-in Krivoşeevka və Volçeyarovka yaşayış məntəqələri, həmçinin DXR-in Marinka ərazilərində altı pilotsuz uçuş aparatı vurulub.

Yanvarın 8-i axşam saatlarında Rusiya Müdafiə Nazirliyi Belqorod vilayəti üzərində 10 “Vampir” raketinin vurulduğunu bildirib.