Rusiya Müdafiə Nazirliyi məlumat yaydıbackend

Rusiya Müdafiə Nazirliyi məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 28-dən noyabrın 3-dək olan həftənin hesabatında Cənubi Donetsk istiqamətində işlərin vəziyyəti haqqında məlumat verib.

Məlumatda bildirilir ki, Rusiya bölmələri Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş briqadasının və 118-ci ərazi müdafiə briqadasının hücum dəstələrinin dörd hücumunu dəf edib. Döyüşlər Vodyanoye və Staromayorskoye yaşayış məntəqələri yaxınlığında baş verib.

Yeddi gün ərzində Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə 1100-dən çox hərbçi, 7 tank, 11 zirehli maşın, 28 avtomobil və 9 silah itirib. Çoxsaylı reaktiv sistemli döyüş maşını da məhv edilib.

Bundan əlavə, bir həftə ərzində müxtəlif istiqamətlərdə Rusiya Silahlı Qüvvələri ATACMS operativ-taktiki raketlərini, HARM antiradar raketlərini, təyyarələri uçuşa hazırlamaq üçün anqarları, pilotsuz təyyarələrin istehsal sahələrini – həm havadan, həm də sudan məhv edib