Rusiya Müdafiə Nazirliyindən Ağdərə AÇIQLAMASIbackend

Rusiya Müdafiə Nazirliyindən Ağdərə AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingentinin hərbçiləri keçmiş Ağdərə rayonu ərazilərinin minalardan təmizlənməsi üzrə işlərə başlayıblar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, hər gün keçmiş Ağdərə rayonundakı təmas xətti yaxınlığında Rusiya sülhməramlıları partlamamış hərbi sursatların, mərmilərin, güllələrin və minaların axtarışı üzrə iş aparır: “Bu gün 1,5 hektar ərazi təmizlənib, ümumilikdə 400 hektar ərazi planlaşdırılıb, iş zamanı 2 partlayıcı obyekt aşkar edilib”.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis dəstələri tərəfindən 2 322,1 hektar ərazi, 683 km yol, 1 937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26 078 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.