Rusiya müharibəyə yüksək hazırlıq vəziyyətinə keçdibackend

Rusiya müharibəyə yüksək hazırlıq vəziyyətinə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baltik Donanmasının nəzarət çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi və təlimə başladığı bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baltik Donanmasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə Rusiyanın Krasnodar vilayətində keçirilən təlimdə donanmanın 1500-dən çox əsgəri, 10 döyüş gəmisi, 50 hərbi texnika, təyyarə və helikopter iştirak edir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 14-də təftiş çərçivəsində Sakit Okean Donanmasının da müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Şoyquya rus donanmalarında yoxlamaların aparılmasını tapşırıb.

NOCOMMENT.AZ