Rusiya mütəxəssisləri dronların qanadına quraşdırıla biləcək və düşmənin hava hədəflərini məhv etməyə imkan verəcək lazer sistemi üzərində işləyirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a sistemin yaradıcı şirkəti LazerBuzz-ın direktoru İvan Xovanski məlumat verib.
Xovanski bildirib ki, anti-dron lazer kompleksləri şəbəkədən enerji alarkən və ya batareya müntəzəm dəyişdirilərkən döyüş sursatı ilə bağlı məhdudiyyətlərə malik deyil. Lazer şüası hədəfə birbaşa çatdırıla bilir ki, bu da havada hərəkət edən hədəfi nişan almağı asanlaşdırır. Lazerlərin digər üstünlüyü isə onların demək olar ki, səssiz işləməsi və insan gözü üçün görünməyən diapazonda fəaliyyət göstərməsidir.
“Bir dəqiqə ərzində hədəfə o qədər enerji çatdırmaq mümkündür ki, bu, ZU-23 zenit qurğusunun cütlənmiş versiyasının imkanlarını üstələyir”, – deyə Xovanski qeyd edib.
O əlavə edib ki, obyektin aşkarlanmasından tam məhv edilməsinə qədər üç saniyə ərzində hərəkət edilməlidir. Əks halda, vurulmuş dron, batareyası yanmasına baxmayaraq, 300 metrədək məsafədə uçuşunu davam etdirə bilər. Bu isə dronun tez və uzaq məsafədən məhv edilməsini zəruri edir.