Rusiya nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə səfər edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayəndə heyətinə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin SAR üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
Qeyd olunur ki, Rusiya rəsmilərinin Dəməşqə bu səfəri Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk səfər olub.